“...Media qanununa  heç ehtiyac da yoxdur”

“...Media qanununa  heç ehtiyac da yoxdur”
 

 

 

Media haqqında qanun layihəsi Milli Məclisə təqdim olunub. Bunu kim hazırlayıb necə hazırlayıb, bu lazımdırmı və digər suallar sözsüz ki var.

 İctimaiyyətə bu təsdiqlənəcək qanun lahiyəsi ilə tanış olmaq haqqı niyə tanınmadı? Məncə indiki vaxtda bu media qanununa  heç ehtiyac da yoxdur. Cəmiyyətin istənilən təbəqəsi öz fikirlərini istədiyi media qurumunda azad şəkildə cəmiyyətə çatdırılma azadlığına malikdir və hökumət də öz növbəsində buna təminat verməlidir. Medianın təhlükəsizliyi və sərbəst inkişafına da hökumətin təminatı olmalıdır və bu da öz təsdiqini tapmışdır.

  Əslində indiki media, xalqın qismən də olsa tələbatını ödəyir. Bundan sonrası suallar doğurur. Çünki bütün bunların fonunda xalqın bu xidmətdən faydalanması məsələsi əsasdır. Xalq bu qanundan nə kimi faydalar əldə edəcək?Yoxsa əksinə ölkə mediası hansısa hökumətə yaxın təşkilatın və yaxud da media şirkətinin nəzarətində bir alətə çevrilir?

Paralel.az

0.01128101348877