Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 

 

 

Azərbaycanda, hazırda Ədliyyə nazirliyində qeydiyyatdan keçmiş 58 siyasi partiya fəaliyyət göstərir.Bunu Ədliyyə Nazirliyinin Qeyri hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib.

  Partiyaların sayı artsada, onların keyfiyyəti aşağı düşür.Bunun səbəblərindən biri də, onlara fəaliyyət göstərmələri üçün şəraitin olmamasıdır.Əslində Dövlət, partiyaların normal fəaliyyəti üçün, onlara imkanlar tanımalıdır. Onlara fəaliyyət göstərməsi üçün bütün məsələlərdə yardım göstərməlidir.Son vaxtlar bu məsələ üzərində işlər aparıldı.Sonra nədənsə gedişat zəifləyərək yenidən əvvəlki vəziyyətinə qayıtdı. Amma ümumilikdə bu, problem olaraq ölkəmizdə həll olunmayaraq qalmaqdadır.Mən deyərdim ki,ölkədə hakim partiya YAP xaric heç bir partiyanın problemi nəzərə alınmır və bu yöndə heç bir müsbət addım atılmır.

  Ümid edək ki, artıq bu istiqamətdə işlərin aparılmasına start verilməlidir.Partiyaların normal fəaliyyəti üçün, həmçinin yerlərdə fəaliyyət göstərən təşkilatlara ,hökumət öz köməkliyini göstərəcək.Bunun üçün  hökumətin hər cür imkanı var və yerli hakimiyyət orqanlarına lazımi təlimatlar verməsi kifayət edir.

Paralel.az

0.011600017547607