Ukraynalı sərhədçilər məsuliyyətə cəlb edilib
Paralel.az xəbər verir ki, Saakaşvilinin ölkəni qanunsuz tərk etməsinə icazə verən bir neçə ukraynalı sərhədçi cəzalandırılıb: “Cənub Regional İdarəsinin bir sıra məmurları xidmətdən kənarlaşdırılaraq intizam məsuliyyətinə cəlb edilib.
Qanun pozuntusu ilə bağlı cinayət işi araşdırılır.
Gürcüstanın eks-prezidenti bu ilin oktyabrında Çornomorskdan Potiyə gedən bərədə yük konteynerində gizlənərək gizli şəkildə Gürcüstan sərhədini keçib.
Ukrayna sərhədçilərinin məlumat bazasında siyasətçinin ölkədən getməsi ilə bağlı heç bir işarə olmayıb.
O, Ukrayna sərhədini qanunsuz keçməyə görə inzibati məsuliyyətlə üzləşir. Əgər o, yardım alıbsa, bu şəxsləri 7 ildən 9 ilə qədər həbs gözləyir”.
Nigar
Nigar