Ombudsman Gürcüstanda etnik azlıqlara olan münasibətdən narazıdır

Ombudsman Gürcüstanda etnik azlıqlara olan münasibətdən narazıdır
 

“Gürcüstanda etnik azlıqlar istər mərkəzi, istərsə də yerli dövlət orqanlarında proporsional təmsil olunmayıblar və təəssüflər olsun ki, bu istiqamətdə ildən-ilə əhəmiyyətli irəliləyiş əldə edilmir”.

Paralel.az 24News.ge istinadən xəbər verir ki, bunu Gürcüstan ombudsmanı Nino Lomcariya Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, gələn ilin mart ayında tam hazır olacaq illik hesabatda etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasında mövcud problemlər də əksini tapacaq.

N.Lomcariya qeyd edib ki, 2021-ci ildə bərabərlik məsələsi problem olaraq qalıb.
A.Nəsirli

0.045217037200928