CAR Prezidenti BRICS alimlərini koronavirusla bağlı araşdırmalara dəvət edib
Patalel.az xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti Ramafosa BRİKS ölkələrindən olan alimləri koronavirus və onun ştammlarını öyrənmək üçün ölkəyə dəvət edib.
Sputnik radiosu-nun məlumatına görə, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS ölkələrindən (CAR-dan başqa qeyri-rəsmi birliyə Braziliya, Rusiya, Hindistan və Çin daxildir - red.) alimləri koronavirus və onun ştammlarını araşdırmaq üçün dəvət edib.
Bir gün əvvəl Rusiya Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi Cənubi Afrikaya uçuş üçün hazırlıqlara başlayıb. Bu yaxınlarda iki ölkə prezidentləri arasında telefon danışığı zamanı belə bir razılıq əldə olunub. Rusiya Cənubi Afrikaya tibbi avadanlıq da göndərəcək.
Daha əvvəl Sputnik radiosu Cənubi Afrikadan qayıtmağa vaxt tapmayan rusların ölkəni necə tərk edə biləcəyini açıqlamışdı.
Akif Nəsirli