Tehranda dəhşətli cinayət
Paralel.az xəbər verir ki, polis iki qızı şkafda, bir qızın cəsədini isə plastik kisədə tapdı.
Tehran şəhər polis idarəsinin rəisi dekabrın 8-də evlərindən qaçan qızlara öz evində işgəncə verən bacı və qardaşın həbs edilməsi haqda xəbər verib.
Hüseyn Rəhiminin sözlərinə görə, qatil bacı-qardaşın evində aparılan axtarış əməliyyatı zamanı evdən dözülməz vəziyyətdə saxlanılan iki gənc qadın və başından aldığı zərbələr nəticəsində ölən bir qadın cəsədi tapılıb.
O, bildirib ki, həmin bacı-qardaş cavan qızları aldadaraq evə aparıb, daha sonra qarət edərək onlara cinsi zorakılıq və təcavüz ediblər.
A. Nəsirli