Xətai yol nişanları sürücülərlə sərnişinləri üz-üzə qoyub

Xətai yol nişanları sürücülərlə sərnişinləri üz-üzə qoyub
 

Paralel.az xəbər verir ki, Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində avtobus dayanacağı və parklanma nişanı yan-yana quraşdırılıb. Bu hal həm avtobus, həm də taksi sürücülərini çaşbaş qoyub. Bu ərazidə avtomobillərin park edilməsi səbəbindən dayanacağa avtobuslar yaxınlaşa bilmirlər. Nəticədə sərnişinlər yolun hərəkət hissəsində avtobus gözləməyə məcbur olurlar.

Avtomobil sürücüləri isə yerə çəkilmiş parklanma nişanını səbəb göstərərək maşınlarını burada park edirlər. Lakın sürücülər bu ərazidə park etdikləri üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən cərimələnirlər.

“Yerə çəkilmiş parklanma nişanı yanlışdır. Ona görə də avtobus dayanacağında park edilmiş avtomobillərə BNA tərəfindən yazılan cərimə qanunidir. Yaxın günlərdə ərazidə üfiqi nişanlanma xətti çəkiləcək. Nöqsan aradan qaldırılana qədər isə ərazidə park edilmiş avtomobil sahibləri cərimələnməyə davam edəcək”- məsələ ilə bağlı BNA-nin mətbuat katibi Mais Ağayev bildirib.
A. Nəsirli

0.0099740028381348