Sürücüləri şərləyən qadın axtarılır
Paralel az xəbər verir ki, son zamanlar paytaxt ərazisində bilərəkdən avtomobil yoluna çıxaraq qəza görüntüsü yaradan şəxslər barədə xəbərlər çoxalıb.
Bu hadisələrdən biri də 9 dekabr tarixində “20 Yanvar” metrosu yaxınlığında baş verib.
Bu haqda bu gün Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirir ki, hüquq-mühafizə orqanları yayılmış görüntülərdən məlumatlıdır və artıq faktla əlaqədar araşdırmalara başlanılıb.
Hadisə nəticəsində xəsarət aldığını bildirən qadının hərəkətləri ətrafdakılar tərəfindən birmənalı qarşılanmayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə də yayılıb.
Kimi həmin qadının artıq neçənci dəfədir bu hərəkəti təkrarladığını, kimi isə onun narkotik istifadəçisi olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, qadınlar qəza baş verən zaman da narkotikin təsiri altında olublar.
A. Nəsirli