Rusiya sərhədlərin müəyyənləşdirilməsində məsləhətçi missiyasına hazırdır

Rusiya sərhədlərin müəyyənləşdirilməsində məsləhətçi missiyasına hazırdır
 

Paralel.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə bəyanat verib.

XİN sözçüsü deyib ki, Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır. Biz sərhəd mübahisələrinin həlli, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzərində ardıcıl işləyirik.

"Tərəflərin xahişi ilə Rusiyanın məsləhətçi yardımı ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılması vacibdir. Rusiya delimitasiya və demarkasiya ilə bağlı iki ölkənin nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyir”,- deyə Zaxarova əlavə edib.
Akif Nəsirli

0.012339115142822