Rusiyadan demokratiya sammitinə münasibət gəldi

Rusiyadan demokratiya sammitinə münasibət gəldi
 

Paralel az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın demokratiya sammitinə münasibət bildirib.

Zaxarova deyib ki, ABŞ-da "Demokratiya naminə sammit" ayrı-seçkiliyin yeni növüdür: "Elə təəssürat yaranır ki, ağır bədəllərin ödəndiyi keçmiş səhvlərdən gələcəkdə təkrar olunmaması üçün heç bir dərs alınmayıb. Dünya artıq bunu yaşayıb və səhvlərin ağır nəticələri olub".
A. Nəsirli

0.023522138595581