Səttar Möhbalıyevin qardaşının evində öldürülən şəxs kimdir?

Səttar Möhbalıyevin qardaşının evində öldürülən şəxs kimdir?
 

Paralel.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, meyitin xarici müayinəsi zamanı əynində tünd göy rəngli şalvarın olması, boyunun uzunluğu 163 sm, gözlərinin qəhvəyi rəngli olması, 45-60 yaşlarında bədən səthində hər hansı fərqləndirici iz və ya ləkənin olmaması müəyyən edilib. 
Həyata keçirilmiş intensiv əməliyyat-axtarış tədbirlərinə baxmayaraq zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 
Odur ki, fotoşəkildəki şəxsi tanıyanlardan 961, 050-412-02-01 və 018-654-01-54 saylı mobil nömrələr ilə əlaqə saxlaması xahiş olunur.

Qeyd edək ki, qətl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşının evində törədilib. 
Hadisə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik Faiq Möhbalıyevin Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib. 
Qətl hadisəsi sentyabrın 29-u gecə saatlarında baş verib. Hələlik adı istintaqla  rəsmi təsdiqlənməyən şəxs Suliddin Möhbalıyevin villasına oğurluğa girib. Həmin vaxt gözətçi Ramin Əlixanov külünglə onu başından vuraraq öldürüb. Daha sonra meyiti qonşunun yaşayış olmayan evinin həyətində basdırıb. 
Cinayətin üstü açıldıqdan sonra R.Əlixanov həbs edilib.

Paralel.az

0.021181106567383