Paytaxt sakinlərini Yeni il şənlikləri gözləyir

Paytaxt sakinlərini Yeni il şənlikləri gözləyir
 

Paralel.az xəbər verir ki, dekabrın ilk günlərindən paytaxtın bir çox konsert zalları və əyləncə mərkəzləri Yeni ilə hazırlaşır. Keçiriləcək tədbirlərdə hər yaşdan olan uşaqlar iştirak edə biləcəklər.

Dekabrın 10-dan yanvarın 15-dək hər gün saat 10:00-dan 22:00-a kimi Şaxta babanın evinə səyahət etmək şansınız olacaq. Əyləncə proqramında Şaxta babaya məktubunuzu verə biləcəksiniz. Biletləri əldə etmək üçün +994 51 725 80 40 nömrəsilə əlaqə saxlaya bilərsiniz.

18-19 dekabr tarixlərində Heydər Əliyev Sarayı balaca tamaşaçıları üçün şou proqram təşkil edib. “Moskovskaya yolka” adlanan əyləncə proqramı rus dilində “Eksperiment” Moskva Musiqi Teatrının artistləri tərəfindən keçiriləcək.

25 dekabr tarixində paytaxtda yeni açılan adı dünya brendlərindən ən öndə olan İnterkontinental-Bakı hotelində həm valideynlər, həm də uşaqlar üçün rəqslər, yarışmalar, fləşmob və digər əyləncələr ilə dolu “New Year Party for kids” şousu təşkil olunacaq. Vaksin pasportu olmayan valideyinlər 4 yaşdan yuxarı olan uşaqları dayələrə etibar edə bilər.
A. Nəsirli

0.014296054840088