Həlak olanlar hansı şirkətin əməkdaşlarıdır?

Həlak olanlar hansı şirkətin əməkdaşlarıdır?
 

 

 

Paralel.az Baş Prokurorluğa istinadən xəbər verir ki, faktla bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma  ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı  1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Şahnaz, Paralel.az

0.01490306854248