İran bəzi amerikalılara və təşkilatlara qarşı sanksiyalar hazırlayacaq

İran bəzi amerikalılara və təşkilatlara qarşı sanksiyalar hazırlayacaq
 

Paralel.az-ın Sputnik radiosu-na istinadən məlumatına görə, İran İslam Respublikasının məhkəmə sisteminin beynəlxalq məsələlər üzrə baş qərargah rəisinin müavini Kazem Qəribabadi bildirib ki, Tehranın fikrincə, “insan hüquqlarının ciddi şəkildə pozulmasında” əli olan bəzi ABŞ vətəndaşları və təşkilatları İran sanksiyalar siyahısına əlavə olunacaq.

IRNA-ya müsahibəsində o, Amerika məhdudiyyətlərinin "İran vətəndaşlarının əsas hüquqlarını təhdid etdiyini" və buna görə də cavab lazım olduğunu söylədi.

Ötən çərşənbə axşamı, dekabrın 7-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeddi İran vətəndaşı və bir neçə şirkətə şamil edilən yeni sanksiyalar tətbiq edib.

Daha əvvəl Sputnik radiosu ABŞ-ın Hizbullah və SEPAH ilə təmaslarına görə İran, Livan və Küveytin 12 vətəndaşına qarşı sanksiya tətbiq etdiyini bildirmişdi.
A. Nəsirli

0.036458015441895