Bakıda “Gülən üzlər, gülümsəyən gözlər” adlı aksiya keçirilir

Bakıda “Gülən üzlər, gülümsəyən gözlər” adlı aksiya keçirilir
 

Paralel.az xəbər verir ki, “Davam” Mədəniyyət Klubunun təşəbbüsü ilə “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində “Gülən üzlər, gülümsəyən gözlər” adlı aksiya keçirilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə valideyn himayəsindən məhrum olan körpə uşaqları sevindirmək istəyən hər kəs istifadə etmədiyi geyim və oyuncaqları ianə edə bilər.

İanələri “Davam” Gənclər Hərəkatının mərkəzi ofisinə yaxınlaşıb təqdim etmək lazımdır. Əlavə məlumat almaq üçün +994 77 411 22 33 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
A. Nəsirli

0.046164035797119