Helikopter qəzası "dost"ların əməlidir...

Helikopter qəzası
 

Dostumuzdan çox düşmənimiz var...

 Noyabrın 30-da xalqımız daha bir faciəyə yaşadı! İçərisində 16 nəfər yüksək rütbəli hərbçilərimiz olan Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus təzə helikopterimiz Səngəçaldan qalxıb XızıdakıQaraheybətbazasına eniş edərkən müəmmalı şəkildə "qəzaya" uğradı.

14 nəfər yüksək rütbəli hərbçimizin şəhid olduğu helikopter qəzasını ona görə "müəmmalı" deyirəm ki, baş vermiş qəza dövlət rəsmiləri tərəfindən qəza kimi təqdim olunur.

Xalqımız üçün çox ağır faciə ilə nəticələnmiş "helikopter qəzası" hər hansı texniki nasazlıq səbəbindən baş verdiyinə insanları inandırmaq mümkün deyil. Çoxsaylı düşmən dövlətlərin casuslarının "at oynatdığı" Azərbaycanda indiki məqamda bu qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini iddia etmək, əslində, absurddur.

Son gün ərzində əlaqə saxlayıb qəza barədə rəyini öyrəndiyimiz ekspertlər sadə xalq nümayəndələrinin böyük əksəriyyəti helikopter qəzasının Rusiyanın Xəzər dənizində yerləşən hərbçiləri tərəfindən vurulduğunu iddia edirlər.

Hətta ötən il noyabrın 9-da Naxçıvan sərhəddini pozduğuna görə, vurulmuş 2 hərbi pilotun ölümü ilə nəticələnmiş Rusiya helikopterinin qisasını almaq məqsədilə helikopterimizin vurulduğunu iddia edənlər daha çoxdur.

Fikrimcə, 14 nəfər yüksək rütbəli hərbçilərimizin şəhid olduğu, 2 nəfərin yaralandığı helikopter "qəzası" düşmən dövlətin casusları yaxud hərbi hava qüvvələri tərəfindən təşkil olunmuş düşmənçilik fəaliyyətinin nəticəsidir!

Bu hadisəyə tam bənzər faciə, "helikopter qəzası" düz 30 il bundan öncə, 20 noyabr 1991-ci il tarixdə Qarabağın Qarakənd kəndi üzərindən uçan içərisində Azərbaycanın yüksək vəzifəli şəxsləri olan helikopter düşmən tərəfindən vurulmuş heyətin hamısı həlak olmuşdu. O zaman da hər kəs bütün xalq sual verirdi ki, üçün bir helikopterə bu qədər çox yüksək vəzifəli şəxslərin əyləşməsinə imkan verilib?!..

1991-ci il noyabrın 20- Rusiya hərbçiləri tərəfindən vurulan ermənilərin üzərinə atılan Qarakənd yaxınlığında  baş vermiş faciənin 30 ildən sonra yenidən Azərbaycanda təkrar olunması cəmiyyətdə çox haqlı olaraq, birmənalı qarşılanmır!

Xalq hesab edir ki, helikopter faciəsinin məsuliyyəti Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin üzərinə düşür ona ən ağır cəza verilməlidir!...

Son illər DSX-da baş verən ciddi olayları yada salmaq fikrində deyiləm, amma DTX-nın şübhəli qismində saxladığı generalların son aqibətinin necə müəmmalı yekunlaşdığını yadınıza salın. Saxlanılmış həmin generallar niyə buraxıldı?!..

Qeyd edim ki, Azərbaycanın dövlət strukturlarında, o cümlədən DSX sistemində çoxluq təşkil edən nəcməddinsadıqovçular tam təmizlənməyincə, helikopter digər faciə ilə bitən qəzaların ölkəmizdə baş verməyəcəyinə heç bir zəmanət yoxdur!..

Helikopter "qəzasında" şəhid olan yüksək rütbəli zabitlərin hər birinin özəl hərbi bacarıqları 44 günlük Vətən Müharibəsində düşmənin məhv edilməsində xüsusi rol oynaması DSX-nin rəhbərinin yadından çıxsa da, düşmənlərin yadından çıxmayıb. Ona görə helikopter qəzasının baş verməsini texniki nöqsanlarla bağlamağa çalışanlar bu vacib detalı nəzərə almağı unutmasınlar.

Qardaş Türkiyə mediası şəhid polkovnik Murad Məmmədovun böyük hərbi təcrübəyə malik mütəxəssis olmasını xüsusi qeyd edir. Rusiyanın Ermənistana verdiyi S-300-lərin polkovnik Murad Məmmədovun bacarıqla müəyyən etdiyi texniki-taktiki metoda əsasən, yeri müəyyən edilərək, məhv edildiyi vurğulanır!..

Polkovnik Murad Məmmədov kimi yüksək qabiliyyətli peşəkar hərbçinin məhv edilməsi düşmənlərin planında, güman ki, çoxdan yer almışdı. Amma DSX-nin başabəla rəhbəri bu cür peşəkar hərbi mütəxəssisləri qorumaq əvəzinə, 16 nəfər yüksək rütbəli hərbçini bir helikopterə yığıb düşmən hədəfinə çevirməyi bacardı...

Helikopter qəzası ölkəmiz xalqımız üçün böyük faciə olmaqla yanaşı, həm ölkəmizin imicinə az zərbə vurmur...

 Tapdıq Abbas

0.010116100311279