Azərbaycanın özəl dini 
ideologiyası formalaşmalıdır

Azərbaycanın özəl dini ideologiyası formalaşmalıdır
 

Dini təriqətlər dövlət mənafeyinə zərbə vura bilən potensiallardan biri kimi

 Son bir ildə baş verən hadisələr ölkəmizdə dövlət maraqlarını ictimai maraqlardan xeyli önə çıxarıb. Beləki, 44 günlük Vətən Müharibəsi ondan əvvəl baş verən hadisələr, Azərbaycan xalqının taixi qələbəsi cəmiyyətdə vətənpərvərlik, dövlətçilik azərbaycançılıq hisslərini istər-istəməz qabartdı. Bu proses ağrılı itkilərlə müşayət edilsə , Azərbaycan xalqı bu dönəmdə mənəvi baxımdan çox şey qazandı. Sözügedən mərhələdə xalqımızın qazandıqlarını gələcəkdə yenidən itirməməsi üçün biz nəzərəçarpan boşluqları doldurmağa çalışmalıyıq.

Hələ 44 günlük müharibədən əvvəl Azərbaycan cəmiyyətinin bir vətən savaşına tam hazır olduğu açıq-aydın görünürdü. Bu işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda xalqımızın savaşmağa hazır olduğu barədə formalaşan ictimai rəydə özünü çılpaqlığı ilə göstərirdi. Onminlərlə vətəndaşımız həmin vaxt orduya yazılmaq üçün müraciət etdi. Bununla yanaşı bölgələrdə paytaxtda torpaqlarımızın işğaldan azad edilməsi tələbi ilə mitinqlər keçirildi. Bütün bu sosial sifarişin nəticəsi isə Vətən Müharibəsinə gətirib çıxardı. Ordumuzun zəfəri isə bu hissləri bir qədər gücləndirdi - bəlkə cəmiyyət üçün unudulmuş dövlət maraqları yenidən aktuallaşdı. Bütün bunlar çox gözəl tendensiyadır biz bu tendensiyanı uzun-uzadı mədh edə bilərik. Amma daha çox fayda bu istiqamətdə nəzərə çarpan zəif nöqtələrimizə, zəncirlər dartılarkən qırılan həlqələrə diqqət yetirməkdədir.

Bu dövlət bizim - Azərbaycan vətəndaşlarının olduğundan onun maraqları ortada olarkən xalqımız o maraqların doğrulmasına cəhd göstərməlidir. Azərbaycan cəmiyyətində bu əsasən belədir. Düzdür, bəzən iqtidar dövlət maraqlarından sui-istifadəyə meyillı, bəzən vətəndaş fərdi maraqlarına daha çox önəm verir. Bu mümkün hallardır ümumi istiqamət düzgün götürülübsə, zaman axarında gəlişmələr bu kiçik neqativləri asanlıqla aradan qaldıra bilər. Lakin köklü problem ondan ibarətdir ki, hər hansı bir idealogiyanın təsiri altında vətəndaş öz dövlətinin deyil, yumşaq desək, onun dövlətinə rəqib olan dövlətin maraqlarından çıxış edə. Çox təəssüflə qeyd etmək istərdik ki, buna bənzər meyillər Azərbaycan dövlətinin gərgin anlarında özünü büruza verdi. Sozügedən problem, əslində potensial olaraq iki dövlətlə bağlı inkişaf edə bilir - Rusiya İran. Amma son nəzər saldığımız dönəmdə baş verənlər əsasən İranla bağlı oldu.

Hamıya bəllidir ki, Azərbaycanın inanclı vətəndaşlarının böyük əksəriyyəti özünü şiə təriqətinə mənsub hesab edir. Dünyada şiəliyin mərkəzi kimi isə İran İslam Respublikası tanınır. Azərbaycan şiələrinin böyük əksəriyyəti İranı ən müqəddəs varlıq kimi qəbul edir bir çox hallarda onun maraqlarından çıxış edir. Bir ay əvvəl İranla Azərbaycan arasında yaşanan gərginlik zamanı bunun təzahürləri göz önünə çıxdı.

Ocaq Nicat ağanın bütün ölkəni bürüyən «ocaqları» Azərbaycanda işlə məşğul olur? Bəli, bu ocaqların təbliğatı ilə zəhərlənmiş şiələr İran Azərbaycanı təhdid edərkən, məhz öz dövlətinin deyil, İran dövlətinin mənafelərini müdafiə edən mövqe ortaya qoyurdular. Düzdür, qarşıdurma kluminasiya nöqtəsinə çatmamış İran öz səhvini başa düşdü geri çəkildi. Amma, hər halda biz bir cəmiyyət, bir xalq dövlət olaraq dövlətinə qarşı duran dövlətin müdafiəsinə qalxan fərdlərimiz barədə düşünməliyik. Bu heç o anlama gəlmir ki, biz həmin vətəndaşlarımızı cəzalandırmalıyıq. Biz müəyyənləşdirməliyik ki, görəsən nədən Azərbaycan vətəndaşı bizi təhdid edən dövlətin maraqlarını müdafiə etməyə çalışır? Onu bu yola vadar edən nədir?

Bu sualların cavabı o qədər mürəkkəb deyil. Bəlkə İran dövlətinin yerinə biz olsaq, belə əlverişli şəraitdən öz xeyirimizə faydalanardıq. Azərbaycan dövləti öz dini ideologiyasına yenidən baxmalıdır. Biz qədər israr etsək ki, din dövlətdən ayrıdır, o dövlətdən ayrı olan din insanların şüuruna təsir edə bilir. Ölkəmizin bütün şiə din alimlərinin, molla ülamələrın hamısı İran dini idealogiyasının yetirməsidir. Dünyada hər bir dövlətin dini ideologiyasının nüvəsində özəl dövlətçilik maraqları gizlədilib. Bəzən bu ideologiya nüvəsində yerləşdirilmiş dövlətçilik ideologiyası hətta dinin təməl ehkamları ilə belə ziddiyyət təşkil edir. Amma buna baxmayaraq, dövlət onu təbliğ edir.

Bu baxımdan Azərbaycan dövlətinin da İslam dininin təməl prinsiplərinə dayanan xüsusi dini idealogiyası formalaşmalıdır. Bu gün belə bir idealogiyanın hələ formalaşmaması Azərbaycan dövlətinin maraqlarına xələl gətirir. Artıq müstəqilliyimizdən 30 il keçib, əhalisinin 90 faizi özünü müsəlman hesab edən bir dövlətin özəl dini ideologiyası hələ formalaşmayıb. Bunun üçün, əlbəttə, ölkə dindarları qarşısında dini məktəbin yaradılması məsələsi qoyulmalı ölkənin ilk müştəhidləri yetişməlidir. Bu gün Azərbaycan şiələrinin 90 faizi İran müştəhidlərinə iqtida edir (inanır). Həmin müştəhidlərdən biri Azərbaycan dövlətçiliyi əleyhinə fətva versə, bu ölkədə ciddi narahatlığa gətirib çıxara bilər. Ona görə , Azərbaycan hökuməti bu istiqamətdə cəhdlərini daha da intensivləşdirməlidir.

Ümumiyyətlə, dövlət maraqlarının qorunması sistemi elə qurulmalıdır ki, vətəndaş istənilən halda düşünülmüş şəkildə öz dövlətinin maraqlarını qorumağa cəhd göstərsin. İran olmasın, lap qardaş Türkiyə olsun, vətəndaş istənilən halda öz ölkəsinin dövlət maraqlarını seçməlidir. Bu məsələyə təsir edən kifayət qədər çoxsaylı faktorlar var. Bu yazıda biz yalnız dini idealogiyanın sözügedən məsələyə təsirlərini Azərbaycan timsalında aydınlaşdırmağa çalışdıq.

Bu gün dövlət orqanları hansısa informasiyaları dövlət maraqlarına zidd sayır, buna qarşı mübarizə metodları barədə düşünür. Lakin Azərbaycandakı dini idealogiyanın dövlət maraqlarına vura biləcəyi zərbə barədə düşünənlər çox azdır. Bəlkə düşünənlər var, hətta hökumət bu istiqamətdə işlər həyata keçirir. Lakin idealoji işin tezliklə bəhrə verməsini gözləmək düzgün olmazdı. Bu məsələdə biz inzibati-güc strukturlarından, cəza mexanizmlərindən istifadənin əleyhinəyik. Prosesin tez səmərəli fayda verməsi üçün ciddi elmi əsasları olan dini maarifləndirmə təhsil sistemi qurulmalıdır. Bu gün İranı İslam dininin dayağı hesab edən insanların - şiələrin düşüncələrini dəyişməyə qadir bir dini maarifləndirməyə ehtiyac var. Biz öz vətəndaşlarımızın dini idealogiyası ilə məşğul olmur, həqiqi İslamın nədən ibarət olduğunu onlara izah etmirik. Ona görə , hər hansı bir ölkədən gələn dindar başına torladığı inanclı insanları təhsil aldığı dövlətin maraqlarına kökləyir. Bu baxımdan Azərbaycanda inanclı insanların idealogiyası ilə ciddi məşğul olmağın vaxtı artıq çoxdan çatıb. Biz dini idealogiya ilə məşğul olmadıqca, müxtəlif ölkələrin dini idealogiyaları bizimlə məşğul olmağa başlayacaq. Bu səbədən ölkənin din xadimləri qarşısında dövlət məsələ qaldırmalıdır -"ölkənin dini idealogiyası yenidən qurulmalıdır"!

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.023705959320068