ABŞ-ın Rusiyadakı keçmiş səfiri Putinin "qələbəsindən” danışıb
ABŞ-ın Rusiyadakı keçmiş səfiri “Şimal axını 2”yə qarşı sanksiyaların istisna edilməsini Putinin qələbəsi adlandırıb
Paralel.az Lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiyanın “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaların ABŞ-ın müdafiə büdcəsindən çıxarılmasını rəsmi Moskvanın böyük uğuru adlandırıb. O, bu sözləri “Exo Moskvı” radiostansiyasının yayımı zamanı eşidilib.
“Bu, Rusiya Prezidenti Vladimir Putinin qələbəsidir. Bu qələbənin səbəbi isə ABŞ Prezidenti Co Baydenin və onun administrasiyasının bu barədə yaxşı seçim etməməsidir. Onlar demək istəyirlər ki, ABŞ sanksiyaları bu proqramı ləngidə bilər, lakin 95 faiz artıq yerinə yetirilib”, - deyə Makfol bildirib.
Keçmiş səfir əlavə edib ki, Almaniya-Amerika münasibətləri Bayden üçün əsas mövzudur, ehtimal ki, sanksiyalardan imtinanın mümkün səbəbinə toxunur.
ABŞ-ın qarşıdan gələn maliyyə ili üçün müdafiə büdcəsi dekabrın 7-də Rusiyanın “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalar olmadan təqdim edilib. Vaşinqtonda nə Rusiyanın "Şimal axını 2" kəmərinə, nə də insan hüquqlarını pozmaqda şübhəli bilinən rusiyalı şəxslərə qarşı tədbirlər görməyiblər.
Akif Nəsirli