Tbilisidə fəallar Saakaşvilinin azad olunmasını tələb ediblər

Tbilisidə fəallar Saakaşvilinin azad olunmasını tələb ediblər
 

Paralel.az xəbər verir ki, gürcü fəallar Tbilisidə Gürcüstan prezidentinin iqamətgahı qarşısında aksiya keçirərək, keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv olunmasını və azadlığa buraxılmasını tələb edirlər. Bu barədə RİA Novosti müxbiri xəbər verir.

"Bu, sırf Mişaya dəstək aksiyasıdır. Hətta, Mişanın günahsız olduğunu etiraf etməyən, lakin onu siyasi məhbus hesab edənlər də toplaşır. Salome Zurabişvilinin (Gürcüstan keçmiş prezidenti - red.) qütbləşməni başa çatdırmaq və radikal partiyaları bir-biri ilə barışdırmaq üçün tarixi şansı var”, - deyə aksiyanın təşkilatçısı Nanuka Jorjoliani jurnalistlərə bildirib.

Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Bundan əvvəl Gürcüstanda o, bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi olaraq mühakimə olunub. Birinci halda Saakaşvili üç il, ikincisində isə altı il müddətinə azadlıqdan məhrum edilib. Üstəlik, o, müxalifətin 2007-ci il noyabrın 7-də keçirilən mitinqinin dağıdılması, “İmedi” teleşirkətinin talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilən şəxsdir – bunlara hələ də məhkəmələr baxır.

Gürcüstan hakimiyyəti Saakaşvilini azad etməkdən imtina edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, eks-prezident uzun müddət həbsdə qalacaq, o, bütün səlahiyyət müddətini keçirəcək.
Akif Nəsirli

0.01987099647522