Antisovet “İldırım” təşkilatının qurucularından biri...

Antisovet “İldırım” təşkilatının qurucularından biri...
 

 

 

İsmixan Rəhimov-deyirdi ki, “İnsan bir qadını sevəndə xoşhal olar, valideynlərini sevəndə sevinir, çünki borcunu verir. Vətənini sevən insan isə qürurlu olur”. Yəqin elə bu səbəbdən də ömrünün 7 ilini sürgündə, ölüm düşərgəsində keçirsə də, İsmixan müəllim sürgünə yollananda yaşadığı anların ən gözəl anlar, keçirdiyi hisslərin ən müqəddəs hisslər olduğunu deyirdi. İsmixan müəllim başdan ayağa qürur nümunəsi idi. Ömrünün 7 ilini ölüm düşərgəsində keçirən İsmixan Rəhimovun şərəfli ömrünə 50 il müəllimlik etmək yazılmışdı, amma gerçək müəllimlik... Dərs dediyi, dil öyrətdiyi insanlara tək ingilis dili deyil, ilk növbədə şərəf, ləyaqət dərsi öyrədirdi İsmixan müəllim. Bir gözəl xasiyyəti də vardı. İngilis dilindən hazırlığa tələbələri qəbul edərkən (son illər evində dərs verirdi) kiçik müsahibə, sorğu-sual edirdi, amma ingilis dilindən deyil. Bir dəfə soruşdum ki, müəllim, niyə ingilis dilindən hazırlığa gələn adama siz ingilis dilindən deyil, Nizamidən, Fizulidən, Üzeyir Hacıbəyovdan, Qara Qarayevdən, onların əsərlərindən, tarixdən, azadlıqdan, Azərbaycan Respublikasının yaradılmasından, və s. suallar verirsiniz? Cavab verdi ki, özünü tanımayan, bilməyən biri lap bütün dillərdə danışsa nə faydası olar ki...?

Röyal, Paralel.az

0.017644882202148