Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 

 

 

Zəngəzur dəhlizinin reallaşması məsələsi uzadılır. Bu uzanma yenidən kimlərinsə marağındadır və məsələ ətrafında öz çirkin oyunlarına qaldıqları yerdən yenidən başlamaq üçün, iki ölkə arasında əldə olunan razılaşmaya qarşı hər fürsətdə əngəl törədirlər. Ermənistanın hakimiyyət dairələri isə, məhz bu Qərb dairələri qarşısında asılı vəziyyətdə olduqlarından dolayı heç zaman sərbəst siyasət yürütmək imkanına malik olmayıblar. Bu indi də davam edir və Ermənistan rəhbərliyinin həmişə olduğu kimi yenə də sabit siyasəti yoxdur.

  Doğrudur, Azərbaycan hökumətinin əlində onları bu işə məcbur etmək üçün kifayət qədər səbəblər var. Amma,həmişə olduğu kimi bu gün də Azərbaycan tərəfi siyasi səbr və təmkin nümayiş etdirməkdədir.

  Mən əminəm ki, Ermənistan hakimiyyəti, hazırda vaxtın uzadılmasında ona görə maraqlıdır ki, həm də ölkənin daxilində  vəziyyətə nəzarəti möhkəmləndirmək üçün istifadə edir. Daxildə olan siyasi gücləri vəziyyəti gərginləşdirməkdən yayındırmağa çalışır və həm də ola biləcək ehtimallara risk etməkdən çəkinir. Çünki, Paşinyan Rusiyanın ona qarşı olan səmimiyyətinə inanmır.

  Azərbaycan tərəfinin isə, bu məsələdə ilk addımı Brüssel görüşündən imtina etməsi ola bilər. Çünki, Azərbaycan hakimiyyəti üçün belə bir vəziyyətdə Brüssel görüşünün heç bir əhəmiyyəti qalmır.

Paralel.az

0.032483100891113