Jurnalist lətifələri

Jurnalist lətifələri
 

Qalib Arif

(“Qısa hekayələr” silsiləsindən)

1-ci lətifə

Deməli, 70-ci illərdə “Kommunist” qəzetinə sahə qəzetidə işləyən cavan bir əməkdaş (indi pensiyadadır) dəvət edilir. Cavan yaxşı qələm sahibi olsa da, “Kommunist”in “şeytana papış tikənlər”indən, “adama vedrə bağlayanlar”ından xəbərsiz olur.  
Günlərin bi günü bizim cavan xamlıq edir, 2-3 nəfərin yanında lovğalanmaq istəyir. Deyir bu gün bizim otağa bir xanım zəng vurmuşdu. Nömrəni səhv salmışdı, zınqırov kimi səsi vardı, hiss etdim ki, cavandır. Otaqda tək idim, fürsətdən istifadə etdim - danışdıq, tanış olduq. Dedi əri dənizçidir, gəmidə işləyir. Bir ay dənizdə, bir həftə evdə olur. Indi dənizdədir, xanım evdə təkdir. Razılaşmışıq, axşam Redaksiyanın qabağına gələcək. İşdən sonra bir az şəhərdə gəzəcəyik, sonra onlara gedəcəyik... 
Axşam iş qurtarana 1 saat qalmış söhbəti eşidən 2-3 nəfər daha 3 “vedrə bağlayan”la 3cü mərtəbədə otaqların birində yığışır. Qapını içəridən bağlayırlar, səsi yoğun olanlardan biri telefonu götürür, cavan “xanım həvəskarı”na zəng edir. Deyir oğraşın biri oğraş, dəstəyi asma, diqqətlə qulaq as. Mən dənizçiyəm, bir ay dənizdə işləyirəm, xalqa, partiyaya şərəflə xidmət edirəm. Sən şərəfsiz isə kabinetdə avaraçılıq edirsən və mənim arvadımı yoldan çıxartmaq istəyirsən. Saat 6-da Redaksiyanın qabağında gözləyəcəyəm, sənin şalvarını əynindən çıxarıb evinə lüt göndərəcəyəm... 
Otaqdakı “vedrə bağlayanlar” 2-3 otaq o yandakı “xanım həvəskarı”nın halını təsəvvür edir, hətta halına acıyırlar. Biri deyir ki, birdən bizm cavan həmkarımız saat 6-da çıxar qapıda dənizçi-zad görməz, yazıq deyil?! O biri deyir narahat olma, mən qayğısına qalmışam, bir gəmi kapitanı dostum var. Hündür boylu, viddi-fasonlu adamdır, özü də yeyib-içən oğlandır. Saat 6-da formada Redaksiyanın qabağında olacaq. Kişiyə yaxşı qonaqlıq söz vermişəm, sabah da, o biri gün də gələcək...   
Deyilənə görə, bizim cavan həmkarımız düz bir həftə Redaksiyada növbətçilik edir. Gecə saat 12-dən sonra növbətçi maşınla evlərinə gedir... 

Paralel.az

0.016121864318848