Hərbçilərin şikayətçi valideynləri Prezident Aparatında qəbul olunub - Etiraz

Hərbçilərin şikayətçi valideynləri Prezident Aparatında qəbul olunub - Etiraz
 

Tərtərdə baş vermiş cinayətlərin üstü acılır

Paralel.az xəbər verir ki, bu gün bir qrup insan PA qarşısına getmək üçün "İçəri şəhər" metrosunun qarşısına toplaşıb.

Onlar iddia edir ki, 2017-ci ilin aprel-may aylarında ölkənin müxtəlif hərbi hissələrdə xidmət edən xeyli zabit və əsgərlər Tərtərdə "erməniyə işləmək" iddiası ilə ağır və dözülməz işgəncələrə məruz qalıb, onların bir neçəsi ağır işgəncələr nəticəsində öldürülüb və çox hissəsi isə, heç bir dəlil, sübut olmadan, əsassız olaraq uzun müddətli həbs cəzasına məhkum ediliblər.

Bununla bağlı olaraq xeyli valideyn, əsgər ailələri və işgəncədən zərər çəkmiş sabiq hərbçilər ölkə prezidentinin qəbuluna düşmək məqsədilə Prezident Administrasiyasının qarşısına toplaşmağa cəhd ediblər.

Lakin prezidentə ərizə ilə müraciət edənlər "İçəri şəhər" metrostansiyası qarşısında polislər tərəfindən dayandırılıb. Polisin tələbilə xeyli gözlədikdən sonra 2 nəfər hərbçi valideyni qəbul olunmaq üçün PA-ya dəvət olunub.

Züleyxa

0.10694599151611