“Laboratoriya” layihəsi davam edir

“Laboratoriya” layihəsi davam edir
 

 

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Laboratoriya" layihəsi davam edir.

Paralel.az xəbər verir ki, layihə çərçivəsində AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazası, həmçinin iş gücü və həyata keçirilən spesifik analizlər haqqında məlumat paylaşılacaqdır.

Abşeron Regional Sınaq Laboratoriyası

Laboratoriyada 2021-ci il ərzində qida məhsulları və alkoqollu içkilərdə kimyəvi, fiziki-kimyəvi, toksikoloji və mikrobioloji beynəlxalq laboratoriyalararası sınaqlar həyata keçirilib.

Laboratoriya ISO/IEC 17025:2017 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun beynəlxalq akkreditasiya olunub.

Abşeron Regional Sınaq Laboratoriyası İngiltərənin"Fapas", "LGC standart", Fransanın "Bipea" kimi təşkilatlarının təşkil etdiyi beynəlxalq laboratoriyalararası sınaqlarda iştirak edərək yüksək nəticələr əldə edib.

Şahnaz, Paralel.az

0.096786975860596