"Mənim üçün bu əsirlər artıq yoxdur"
Paralel.az xəbər verir ki, Ermənistan Parlamentinin spikeri Alen Simonyan erməni əsirləri barədə danışıb. O, deyib:
"Ola bilər dediklərim qəribə görünsün, ancaq mənim üçün bu əsirlər artıq yoxdur, mənim üçün onlar mövcud deyil. Bu insanlar silahını atıb qaçıblar və yollarını azıblar. Mən bunları ictimaiyyətə deyə bilmərəm. Sizi heç maraqlandırmır ki, bu əsirlərin valideynləri niyə hazırda fəal deyillər? Çünki bu insanlar bilirlər ki, onlar fəraridirlər. Silahlarını yerə qoyub qaçıblar və nəticədə əsir götürülüblər".
A. Nəsirli