ABŞ və Avropa Rusiya banklarına qarşı sanksiyalara hazırlaşır
ABŞ və Avropa İttifaqı Rusiyanın ən böyük banklarına və Rusiyanın Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları nəzərdən keçirir.
Paralel.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Məlumata əsasən, Rusiya Ukraynaya qarşı hərhansı hücum və işğal faktı törədəcəyi təqdirdə yeni sərt tədbirlər tətbiq olunacaq.
Qeyd olunur ki, variantlardan biri Rusiya rublunun dollara və funt sterlinqə konvertasiyasını məhdudlaşdırmaqdır. Nəşr yazır ki, ən radikal variant Rusiyanı beynəlxalq “Swift” vergi sistemindən çıxarmaqdır, lakin bu, sadə vətəndaşlara da ziyan vuracaq.
Bloomberg mənbəsi iddia edir ki, ABŞ prezidenti bu gün keçiriləcək görüşdə Rusiya lideri Vladimir Putinlə sanksiyaları müzakirə edəcək.
Akif Nəsirli