Bir qalaktikada qaranlıq maddə yoxdur

Bir qalaktikada qaranlıq maddə yoxdur
 

Paralel.az xəbər verir ki, beynəlxalq astronomlar qrupu AGC 114905 qalaktikasında qaranlıq maddənin heç bir izinə rast gəlməyib: “Əksər astronomun fikrincə, qaranlıq maddə bütün qalaktikaların əvəzsiz komponentidir.
AGC 114905 Yerdən 250 milyon işıq ili uzaqlıqda yerləşir. O, ultradiffuz cırtdan qalaktika kimi təsnif edilir.  Bu qalaktika bizim Süd Yolunun ölçüsüdür, lakin onun ulduzları min dəfə azdır.
Tədqiqatçılar bu qalaktikada qaranlıq maddənin olmamasını izah ediblər. Belə ki, o, yaxınlıqdakı böyük qalaktikalar tərəfindən qaranlıq maddədən təmizlənmiş ola bilər. Amma məsələ ondadır ki, AGC 114905-in yaxınlığında belə qalaktikalar yoxdur”.
Nigar

0.036625146865845