Ərəstun Oruclu yazır...

 

Ərəstun Oruclu yazır... 
 

 

Tərtər qurbanlarından olan kapitan Vaqif Abdullayevin yaşadığı İsmayıllı rayonunda polis tərəfindən saxta narkotik ittihamı ilə saxlanılması Tərtər cinayətkarlarının bu gün də siyasi hakimiyyət tərəfindən ən yüksək səviyyədə himayə olunması deməkdir.

Tərtər qətliamının araşdırılması üçün nəinki heç bir addım atmayan, hətta cinayətin təşkilatçıları və icraçılarının hamısını mükafatlandıran İlham Əliyev hakimiyyətindən başqa addımlar gözləmək də olmazdı.

Sadəcə bütün fəaliyyətimiz ona yönəlmişdi ki, məsələ öz həllini hüquqi müstəvidə tapsın. Anlayıram, deyəcəksiniz ki, ölkədə hüquqi müstəvi və ümumiyyətlə hüquq var ki, belə düşünürdüm? 

Xeyr, bu qədər də sadəlövh deyiləm, amma ilk gündən çalışırdım ki, Tərtər cinayətinin açılması həm də ölkənin qismən də olsa hüquq, qanun çərçivəsinə qayıtmasına xidmət etsin, bir az onun sir-sifətini dəyişsin.

Amma dünənki addımla hakimiyyət israrla onun qaydaları ilə oynamaq lazım olduğunu bildirdi. Başqa sözlə, hakimiyyət bildirdi ki, onunla bütün münasibətlər yalnız qaydasızlıq prinsipləri üzərində qurula bilər. 

Bu, mənim heç vaxt məqbul saymadığım şərtlərdir, amma görünür, alternativ olmayanda mövcud reallıqla hesablasmalı olursan. Sadəcə başqa seçimin qalmır, odur ki, yola davam. Bir o fərqlə ki, bu andan etibarən təklif olunan "qaydalar" üzrə.

Paralel.az

0.014341831207275