Rusiya ilə NATO arasında münasibətlər daha yaxşı ola bilər

Rusiya ilə NATO arasında münasibətlər daha yaxşı ola bilər
 

Paralel.az verdiyi məlumata görə, Danimarkanın RF-dəki səfiri Karsten Sendergård RİA Novosti-yə müsahibəsində bildirib ki, NATO-RF münasibətləri, Qərblə Rusiya arasında münasibətlər yaxşı görünmür, daha yaxşı ola bilərdi.

"Nəinki NATO-RF münasibətləri, ümumiyyətlə, Qərblə Rusiya arasında münasibətlər yaxşı görünmür. Açığını desəm, daha yaxşı ola bilərdi", - diplomat hazırkı NATO-RF böhranının necə olması sualını cavablandırıb. O, qeyd edib ki, bu Danimarka və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərə təsir göstərir.

Səfir onu da vurğulayıb ki, 2022-ci ildə NATO-nun yeni strateji konsepsiyasının təqdimat sammiti olacaq.

Oktyabrın 6-da NATO Katibliyi Rusiya tərəfini Alyansın baş katibi Yens Stoltenberqin noyabrın 1-dən Rusiya Federasiyasının Daimi Nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləğv etmək, habelə onların ümumi sayını azaltmaq barədə qərarı barədə rəsmi məlumat verib. Eyni tarixdən etibarən diplomatik nümayəndəlik 10 əməkdaşdan ibarətdir.

Rusiya prezidenti Vladimir Putin NATO-nun Rusiya ilə dialoq mexanizmlərini pozduğunu, alyansla münasibətlərin depressiv olduğunu bildirib.
A. Nəsirli

0.03656005859375