Ermənistanın siyasi durumu
Paralel.az xəbər verir ki, erməni mətbuatı ölkəsinin siyasi vəziyyətini təsvir edib: “Paşinyanı müharibədəki məğlubiyyətə, iqtisadiyyatdakı kritik vəziyyətə, bahalaşmaya, böyük miqrasiyaya görə danlamaq olar. Bu ilin 9 ayı ərzində 100 mindən çox insanın ölkəni tərk etməsi əsl fəlakətdir. Bu proseslərə görə ona olan tənqidlər başadüşüləndir.
Prezident seçkilərində Köçəryan ard-arda iki dəfə qalib gəldi. Sarkisyan özünü baş nazir təyin edərək ölkəni qarət edəcəkdi. Ayağa qalxmış adamlar və Paşinyan onun üçün bütün kartları qarışdırdı.
Paşinyan Köçəryan və ya Sarkisyan deyil, o, seçkilərə müdaxilə etməkdən imtina edib və onların nəticələrini manipulyasiya etməyib.
Robiklə Serjikin dəyişdiyini və ürəyinin ölkə üçün ağrıdığını düşünürsünüz?
Onlar heç vaxt vətənpərvər olmayıblar və Paşinyanla ölkənin xatirinə deyil, qənimətin təhlükəsizliyi və daha çox soymaq imkanı üçün mübarizə aparırlar”.
Nigar