Qanuna, haqqa, dürüstlüyə nifrət edən iç düşmənlər

Qanuna, haqqa, dürüstlüyə nifrət edən iç düşmənlər
 

 

 

İdris Abbasov yazır:

PARANOİKLİYİ  TƏBLİĞ EDİR, MİLLƏTİ BİR-BİRİNİN ÜZÜNƏ DURDURURLAR... QANUNA, HAQQA, DÜRÜSTLÜYƏ NİFRƏT EDƏN İÇ DÜŞMƏNLƏR.

İnstitut dəhlizində o baş bu başa sülənən, boynuna it xaltası tək  saya bir qalstuk keçirmiş, üzündən kəffarə yağan, mənən kifsimiş bir dosent mənə nə desə yaxşıdır:

- "Professor, mən sizi böyük qardaşım qədər çox istəyirəm. Bu institiutda (Dilçilik İnstitutunu nəzərdə tutur) ala qarğa bala çıxarmaz. Düz 21 ildir ki, burada çalışıram, cikini də bilirəm, bökünü də. Elə bilməyin, haqq söz dediyiniz üçün səni burada istəyirlər. Sizə nifrət edirlər. Vallah, arxanızca elə sözlər danışır, dişlərini elə qıcırdırlar ki, imkanları olsa, qanınıza susayarlar. Onlar mənim sizə yaxın olduğumu bilib yanımda çox şeyləri demirlər hələ... Gəl, belə edək. Guya savaşmışıq və bir-birimizə nifrət edirik. Məsələn, siz məni pisləyin, mən də sizi. Qoy bizi bir-birimizə düşmən bilib sirlərini yanımızda danışsınlar. Sonra kənar bir kafedə, ya çayxanada oturub müzakirə edər, planlar qurarıq ki, onları necə tora salaq".

Təsəvvür edin, sui-zəndə olan bu kifsəkkimilərin işi ancaq düşmən axtarmaqdır. Tapmasalar, zorla bir neçə nəfəri süni düşmən edib intriqanı alovlandıracaqlar. Çünki intriqa zalım akademşəbəkənin mövcudolma şərtlərindən biridir. 

Mövqesiz, riyakar, öz həmvətənini doğru yola dəvət etmək üçün açıq söz demək əvəzinə, xəlvətə çəkilib arxada iş çevirən, həmkarından qəvi düşmən qayıran  "alim" adlı işbaz və xərban məxluqların vüfuru vardır. Elələri elmdə, təhsildə qatar-qatardır. 

Bu kifsimiş dosent sonda bilirsiniz, nə dedi? Dedi ki, Dzerjinski belə buyurub: "Hər kəsdən şübhələn. Baxdın ki, şübhələnməyə adam tapmırsan, onda özündən şübhələn!". Bu zalım oğlu konkret olarq  paranoikliyi, yəni şizofreniyalığı təbliğ edir ki, bu da onun tabe olduğu akademşəbəkənin ümumi xəttinə tam cavab verir.

 

Paralel.az

0.013127088546753