Bakıda intihar hadisəsi baş verib

Bakıda intihar hadisəsi baş verib
 

Paralel.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu, A. Gəraybəyli küçəsində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yataqxanasında intihar hadisəsi qeydə alınıb.

49 yaşlı İmişli rayon sakini Süleyman Hüseynov yataqxananın otaqlarının birində özünü asıb. Hadisənin səbəbləri hazırda məlum deyil.

Qeyd edilir ki, özünə qəsd edən şəxs universitetin tələbəsi yaxud əməkdaşı olmayıb. UNEC-in mətbuat katibi Elnarə Məmmədova qeyd edib ki, həmin yataqxanada illərdir ki, məcburi köçkünlər məskunlaşıb.
A. Nəsirli

0.10887098312378