İranda məmur övladları balıqçıların işini əlindən alıb
Paralel az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda İranın Buşehr bölgəsində bir balıqçı dövlət məmurları və onların özbaşnalığından şikayətlənir.
O, məsul şəxslərin övladlarının bu balıqçı limanını aldığını və onlardan gəmilərini burdan çıxarmağı tələb etdiyini deyib.
Balıqçı deyir ki, hansısa məsul şəxs gəlib burada yerləşib və onların işlərini əllərindən alıb.
A. Nəsirli
O bildirir ki, hazırda özü və həmkarlarının banklara böyük məbləğdə borcu var və işləyə bilmədiyi üçün gəlirləri də yoxdur. Belə bir şəraitdə ən azından bu işə qoyduğu sərmayənin geri qaytarılmasını istəyir.