Separatçıların yeni təxribatı
Paralel.az-ın məlumatına görə, Qarabağ separatçısı Artak Beqlaryan bəyan edib ki, azərbaycanlılar Ermənistan vətəndaşlarının Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə səfər etmələrinə mane olmamalıdırlar:
"Azərbaycan başa düşməlidir ki, Ermənistanın istənilən rəsmisinin "Artsaxa" sərbəst səfər etmək hüququ var və bizim hökumət qərar verməlidir ki, kimi dəvət etmək və qəbul etmək olar. Heç bir status insan haqlarına mənfi təsir etməməlidir, izolyasiya istisna olunmalıdır".
Görünür Artak Beqlaryan hələ də anlamır ki, sülhməramlıların müvəqqəti məsuliyyət zonası Azərbaycan ərazisidir və orada Azərbaycan Respublikası qanunvericiliyi höküm sürməlidir.
Akif Nəsirli