Erməni təxribatçını öldürən əsgərimizə cinayət işi açılıb - Rusiyanın təzyiqilə

Erməni təxribatçını öldürən əsgərimizə cinayət işi açılıb - Rusiyanın təzyiqilə
 

Xəbər verdiyimiz kimi, Xocavənd rayonunun Çərktar kəndində yaşayan erməni Seyran Sarkisyan rayonun Qurusu deyilən məntəqəsi yaxınlığında yerləşən hərbi postumuza hücum edib.

Paralel.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib. Lakin onun bu cəhdinin qarşısı alınıb və zərəsizləşdirilib.

Əsgərimiz özünü müdafiə məqsədi ilə atəş açaraq, təxribatçı ermənini öldürüb. Rusiya mətbuat xəbər verir ki, hadisədən sonra əraziyə gələn rus sülhməramlıları araşdırma aparıblar.

Məlum olub ki, erməni təxribatçını zərərsizləşdirən şəxs Azərbaycan Ordusunun əsgəri Davud Qabil oğlu Rəhimzadədir. Rus sülhməramlıları onunla söhbət edib, hadisə barədə danışıblar.

Rəhimzadə bildirib ki, Seyran Sarkisyan ona hücum edərək, silahını əlindən almağa çalışıb. O da hərbi postu qoruduğunu və təxribatın qarşısını almaq üçün əvvəlcə xəbərdarlıq atəşi açıb.

Lakin təxribatçı ona hücum edəndə onu vurmaq məcburiyyətində qalıb.

Röyal

0.030244827270508