"Kubinka"da yanğın baş verib

 

Paralel.az xəbər verir ki, İlqar İsmayılov küçəsində ("Kubinka" ərazisi) yanğın baş verib. İlkin məlumatlara əsasən yanğın tərk edilmiş tikinti sahəsində baş verib -təkərlər alışıb.

Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Polis əməkdaşları insanları ərazidən uzaqlaşdırıb. Yanğın söndürülüb.
A. Nəsirli

0.013566970825195