Ukrayna müdafiə naziri: “Bayraktardan istifadə Minsk razılaşmasını pozmur”
Paralel.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Donbassda Bayraktar pilotsuz uçan aparatlarından istifadənin Minsk razılaşmalarını pozmadığını deyib: “Biz Minsk razılaşmalarını pozmuruq. Birgə Qüvvələr əməliyyatı bölgəsinə hücum etmirik. Donbassdakı düşmən tərəfin özü Minsk razılaşmalarını pozub.
Kiyev QKDK, ATƏT SMM vasitəsilə xəbərdarlıq edir ki, onlar Minsk razılaşmalarını, susqunluq rejimini pozmağa son qoysunlar. Əgər bu mexanizmlər işləməsə, o zaman Silahlı Qüvvələr bütün lazımi qüvvə və vasitələrdən istifadə edəcək".
Nigar