ABŞ və Rusiya prezidentləri arasında müzakirə ediləcək əsas mövzu açıqlanıb
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşdə Avropadakı vəziyyət başlıca müzakirə mövzusu olacaq.
Paralel.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Təmas çox vacibdir. Çoxsaylı problemlər var. İkitərəfli məsələlər üzrə irəliləyiş yoxdur. Qarşılıqlı anlaşma yoxdur. Bu kimi məsələlər Avropada gərginlik yaradır”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri ilk dəfə bu il iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşüb.
Bu arada ABŞ Silahlı Qüvvələrinin Baş Qərarah rəisi Mark Milli bəyan edib ki, Rusiya Ukraynaya soxulsa, bu birbaşa ABŞ və NATO-nun milli təhlükəsizliyi ilə bağlı məsələ olacaq".
Akif Nəsirli