Yarımada yoxa çıxıb
Paralel.az xəbər verir ki, Rusiyanın Arktika Milli Parkı Frans İosif Land arxipelaqı adalarından birində dəyişiklik olduğunu açıqlayıb: “Parkın əməkdaşları ekspedisiya zamanı aşkar edib ki, Eva-Liv adasındakı yarımada yoxa çıxıb.
Alimlər yarımadanın demək olar ki, tamamilə ərimiş buzlaq olduğunu müəyyən ediblər. Onun qalan hissəsi indi dayazlıqdadır.
Elm adamları son illərdə Frans İosif Land buzlaqlarının konturlarında sürətli dəyişiklik olduğunu qeyd edib. Bu da qlobal istiləşmə ilə bağlıdır”.
Nigar