Ermənistandan ABŞ faktoruna özünəməxsus şərh
Paralel.az xəbər verir ki, erməni mətbuatı son bir ildə ABŞ-ın öz yerini Rusiyaya verərək danışıqlar prosesindən kənarlaşdırıldığını yazıb: “3+3 formatının formalaşması ABŞ-ın regional proseslərdən sıxışdırılması demək olardı. Gürcüstan ABŞ amilini nəzərə alaraq bu formatda iştirakdan imtina edir.
ABŞ İranın qonşuluğunda və Rusiyanın güclü təsiri altında olan regionda təsirli faktor olaraq qalmaq istəyir.
Üçtərəfli razılaşmalar da Qərb tərəfindən legitimləşdirilməlidir. ABŞ və Aİ bu prosesin əsasını qoyacaqlar. Bu, Rusiya üçün də lazımdır. Çünki bu, ilk növbədə, məsuliyyətin bölünməsi deməkdir və bəyanatların legitimliyi bir daha Qərb tərəfindən heç vaxt şübhə altına alınmayacaq”.
Nigar