Marina Vasileva istefa verdi
Paralel.az xəbər verir ki, gənclər və idman nazirinin müavini təyin edilən Marina Vasileva Azərbaycan gimnastika yığmasının baş məşqçisi postundan ayrılıb.
Bu barədə nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.
O, bildirib ki, nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq.
Şahnaz, Paralel.az