İranda azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Paralel.az xəbər verir ki, Təbriz Şəhər Şurasının başçısı hökuməti azərbaycanlılara qarşı ayrı-seçkilikdə günahlandırdı.
Təbriz Şəhər Şurasının başçısı axund Rəsul Bərgi İran hökumətini ayrı-seçkilikdə günahlandırıb.
Rəsul Bərgi İran hökumətinin eyni tələblərlə keçirilən aksiyalara fərqli yönlərdən yanaşdığını deyib və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.
“Urmu gölünün qurudulmasına etiraz edən azərbaycanlı etirazçılara “iğtişaşçı”, Zayəndərud çayının qurudulmasına etiraz edən isfahanlı etirazçılara isə “əkinçi” deyirlər.
Akif Nəsirli