Fillər üçün qocalar evi açılıb

Fillər üçün qocalar evi açılıb
 

Paralel.az xəbər verir ki, Fransanın mərkəzi hissəsində yerləşən Haute Vienne bölgəsində Avropada fillər üçün ilk qocalar evi açılıb: “Sığınacaq əvvəllər sirklərdə çıxış edən, lakin artıq təqaüdə çıxmış heyvanlar üçündür. Onun içində eyni anda 10-dan çox fil ola bilməz.
İlk qonaq Belçikanın Antverpen şəhərindən olan 52 yaşlı Qandi olub.
Sığınacaq ictimaiyyətə açıq olacaq. Lakin turistlərə heyvanları narahat etməmək üçün yalnız uzaqdan baxmağa icazə veriləcək.
2023-cü ildən Fransada fillərin sirklərə girişi qadağan olunacaq. Ona görə də onların yaxın gələcəkdə mənzilə ehtiyacı olacaq”.
Nigar

0.031235933303833