APL: Totenhem qələbə qazandı, Ronaldu yenə dubl etdi - VİDEO

APL: Totenhem qələbə qazandı, Ronaldu yenə dubl etdi - VİDEO
 

İngiltərə Premyer Liqasında 14-cü turun son görüşləri keçirilib.

Paralel.az xəbər verir ki, Londonda baş tutan qarşılaşmada “Totenhem” 2:0 hesabı ilə “Brentford”u məğlub edib.

Bununla da komanda turnir cədvəlində 6-cı sıraya yüksəlib.

“Manchester Yunayted” isə öz meydanında digər London təmsilçisi “Arsenal”ı qəbul edib.

Prinsipial qarşılaşma “qırmızı şeytanların” əzmkar qələbəsi ilə nəticələnib – 3:2.

“Manchester”in heyətində Kriştianu Ronaldo iki top vuraraq növbəti dubla imza atıb.  

0.013760805130005