Ekspert Ermənistanda Qarabağın yük olması təbliğatını iddia edir
Paralel.az xəbər verir ki, erməni ekspert H.Alvrtsyan uzun illərdir Ermənistanda Qarabağın yük olması tezisinin təbliğ olunduğunu bəyan edib: “Məhz buna görə erməni əhalisi zəif yaşayır.
Nikol Paşinyan hakimiyyətə gələndən sonra dedi ki, Qarabağ məsələsinin həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqını qane etməlidir.Yəni o, Ermənistan və Qarabağ xalqını fərqli hesab edir.
Bu gün ərazilərin təhvil verilməsindən sonra hakimiyyət sülhü təşviq etməyə çalışır. Lakin müharibədə məğlub olan qüvvə sülhü tətbiq edə və ya sülh yolu ilə getməyə inandıra bilməz”.
Nigar