Ermənilər hakimiyyəti baiskar hesab edir
Paralel.az xəbər verir ki, erməni KİV hakimiyyətinə yönəlik tənqidlə çıxış edib: “Paşinyandan tutmuş xarici işlər naziri Mirzoyana qədər, hamı “Zəngəzur dəhlizi layihəsi” nin heç vaxt həyata keçirilməyəcəyini bəyan edirdi. Ermənistan xalqını əmin etdilər ki, bu, hətta söhbət mövzusu da deyil.
Soçi görüşündə Vladimir Putin Türkiyə və Azərbaycanın bu layihəsini birmənalı dəstəklədi.
Belə çıxır ki, yenə bizə yalan danışırlar. Bunu Bakı mətbuatında gedən yazılar sübut edir. Zəngəzur dəhlizinin tərkib hissəsi olduğu üçün Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət kəsb edən Horadiz-Ağbənd dəmiryolu xəttinin bərpasına başlandığı bildirilir. Əlavə edirlər ki, layihənin icrası nəticəsində Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaradılacaq.
Türkiyə artıq Naxçıvan dəhlizindən əldə edəcəyi iqtisadi faydaları dəyərləndirir -Naxçıvan vasitəsilə nəqliyyat dəhlizinin açılması Türkiyədən təkcə Azərbaycana deyil, Qafqaz regionunun digər ölkələrinə və Mərkəzi Asiyaya yüklərin daşınmasını asanlaşdıracaq.
“Zəngəzur dəhlizi” layihəsinin həyata keçiriləcəyinə işarə edən siqnallar həddən artıq çoxdur. Bəs bizə uzun müddətdir yalan danışanlar nə edəcək?”.
Nigar