İranşünas iddia edir
Paralel.az xəbər verir ki, iranşünas V.Voskanyan Aşqabaddakı görüşü öz təbirincə belə şərh edib: “İranın ərazi bütövlüyü məsələsində çox aydın mövqeyi var. İran tərəfi heç bir halda bu dövlətin həyati maraqlarını nəzərə alaraq ərazi bütövlüyü prinsipindən imtina edə bilməz. İranın daxilində separatizm ocaqları var və heç bir halda iranlılar öz ölkələrinin daxilində qarşılaşa biləcəkləri problemləri nəzərə alaraq, xalqların öz müqəddəratını təyinetmə hüququndan danışa bilməzlər.
Məsələn, iranlılar Artsaxın öz müqəddəratını təyinetmə hüququndan danışsalar, sabah onlar qondarma “Cənubi Azərbaycan”ın öz müqəddəratını təyinetmə problemi ilə üzləşə bilərlər. Müvafiq olaraq Tehranın bu məsələdə mövqeyi çox aydındır”.
Nigar