Müxalifət Saakaşvilinin məhkəməsi zamanı etiraz aksiyası keçiriləcək

Müxalifət Saakaşvilinin məhkəməsi zamanı etiraz aksiyası keçiriləcək
 

“Vahid Milli Hərəkat” partiyası sabah Tbilisi Şəhər Məhkəməsi qarşısında etiraz aksiyası keçirəcək.

Paralel.az 24News.ge-ya istinadən xəbər verir ki, VMH partiyası Mixeil Saakaşvilinin həbsinə etiraz olaraq vətəndaşları sabah saat 11:00-da Tbilisi Şəhər Məhkəməsinin qarşısına gəlməyə səsləyib. Bununla yanaşı, Mixeil Saakaşvilinin sabahki məhkəmə iclasında iştirak etməsi ilə bağlı hələki rəsmi qərar verilməyib, lakin Saakaşvili özü bu məhkəmədə iştirak etmək istədiyini bəyan edib.

Xatırladaq ki, sabah saat 11:00-da Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin "pencəklər işi” ilə bağlı məhkəmə prosesi keçiriləcək. O, hakimiyyətdə olduğu zaman dövlət büdcəsindən qanunsuz bir sıra xərclər etməkdə və özü üçün pencək almaqda ittiham olunur.
A. Nəsirli

0.040788888931274