2022-ci ildə neftin qiyməti 60 dollardan aşağı düşə bilər - Deutsche Bank

2022-ci ildə neftin qiyməti 60 dollardan aşağı düşə bilər - Deutsche Bank
 

Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, Deutsche Bank-ın analitikləri hesab edirlər ki, OPEC+ ölkələri hasilatın planlaşdırılan artımını aprel ayına qədər təxirə salsalar belə, 2022-ci ildə neftin qiyməti artıq təklifin əhəmiyyətli dərəcədə artması səbəbindən bir barel üçün 60 dollardan aşağı düşə bilər.

Analitiklər neft bazarının birinci rübdə profisitdə qalacağını gözləyirlər. Onlar həmçinin tələbin sabit artımını görürlər və gələn ilin sonuna qədər onun pandemiyadan əvvəlki 2019-cu il səviyyələrinə qayıtmasını gözləyirlər.

Noyabrın 30-da "Russneft" 2022-ci ilin biznes planına Brent markalı neftin qiymətini 65 dollar/barel, Urals-ın qiymətini isə 63 dollar/barel səviyyəsinə daxil etdiyini açıqlayıb.

"J.P. Morgan Chase & Co."-nun analitikləri həmin gün neftin qiymətinin gələn il 125 dollar/barelə qalxa, 2023-cü ildə isə 150 ​​dollara çata biləcəyini bildiriblər.
Akif Nəsirli

0.026689052581787