ABŞ kəşfiyyat xidmətləri WhatsApp və Facebook istifadəçilərinin məlumatlarına çıxış əldə edib
Paralel.az xəbər verir ki, Federal Təhqiqatlar Bürosu (FTB) daxil olmaqla ABŞ kəşfiyyatçıları WhatsApp, Facebook və iMessage kimi platformaların istifadəçilərinin məxfi məlumatlarına giriş əldə ediblər.
"Rolling Stone" nəşrinin izah etdiyi kimi, müvafiq sifariş aldıqdan sonra maraq doğuran hər hansı məlumatı dəqiqləşdirməyə icazə verilir.
Nəşrin jurnalistləri hüquq-mühafizə orqanlarının bu platformaların istifadəçilərinin şəxsi məlumatlarını əldə etmə prosedurunu açıqlayan “Legal Access” adlı sənədi dərc ediblər. .FTB-nin daxili rəhbərliyinə görə, bunun üçün hakimiyyət nümayəndələrinin məhkəmə icazəsi alması lazımdır.
Sözügedən sənəd sayəsində xüsusi xidmətlər “WhatsApp” müştərisinin bütün kontaktlarını öyrənə, həmçinin onu öz dəftərinə daxil edən şəxslərin dairəsini müəyyən edə bilər.
Əlavə olaraq, bu yolla zənglər və yazışmalar haqqında məlumat əldə etmək mümkündür və bu məlumat hər 15 dəqiqədən bir yenilənəcəkdir. Qeyd olunur ki, WhatsApp nümayəndəsi jurnalistlərə müsahibəsində belə bir prosedurun olduğunu təsdiqləyib.
Hindistanın kibertəhlükəsizlik üzrə mütəxəssisi Athul Jayaram əvvəllər WhatsApp istifadəçilərinə onların şəxsi məlumatlarının sızma riski ilə bağlı xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, messencer istifadəçilərinin məlumatlarının təhlükəsiz olmamasına görə “Click to Chat” funksiyası günahkar olub.
Akif Nəsirli